Yuxarı
sekil1
sekil1
sekil1
sekil1
sekil1
az | en | ru

ABBYY şirkəti Apple iOS əməliyyat sistemi üçün ABBYY Lingvo Dictionaries 2.0 elektron lüğətinin yeni versiyasını təqdim edib.

iOS üçün ABBYY Lingvo Dictionaries 2.0 Proqramına Əlavə Edilmiş Başlıca Yenilik
Yeni versiyaya fototərcümə imkanı əlavə edilmişdir. İndi lüğət vasitəsilə daxili kamera ilə çəkilmiş və ya fotoalbomdan yüklənmiş şəkillərdəki sözləri tərcümə etmək olar. Bu, mətnin optik tanınması texnologiyası sayəsində mümkün olmuşdur.

|  Tarix: 13-01-2012, 12:49     ||    Baxılıb: 25     ||    Bölmə: Xəbərlər » Ölkədə  |

Bakı. Sevil Zeynalqızı – APA. “İnternet televiziyası ilə bağlı məsələ tək Azərbaycanda deyil, dünyada müzakirə mövzusudur. Avropa Şurasına üzv dövlətlərin nazirləri bu məsələ ilə bağlı bir araya gəlsələr də, yekdil qərar qəbul edə bilməyiblər”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib. İnternet televiziyasının televiziya yayım üsullarından və fəaliyyət növlərindən biri olduğunu deyən MTRŞ sədri bu fəaliyyət sahəsinin dövlət tərəfindən tənzimlənməli olduğunu vurğulayıb: “Artıq dünyada bu baş verir. Azərbaycan Avropa ölkələrinin təcrübəsindən yararlanmaq niyyətindədir. Əgər Avropa Şurasına üzv ölkələr bununla bağlı hər hansı qərar qəbul edərsə, Azərbaycan da bunu təkrarlayacaq”.

|  Tarix: 13-01-2012, 12:40     ||    Baxılıb: 9     ||    Bölmə: Xəbərlər » Ölkədə  |
Bütün hüquqlar qorunur © 2012